Azərbaycanla ABŞ arasında `açıq səma` razılaşması
19:50 15 İyun 2016
Danışıqlar 3 il ərzində davam edib.
Azərbaycan və ABŞ aviadaşıyıcılar üçün "açıq səma" rejimi haqda razılaşma əldə ediblər. Bu haqda ABŞ dövlət departamentinin məlumatında deyilir.
Ölkələr rejimin tətbiq olunması haqda 3 il ərzində danışıqlar aparıblar. ABŞ dövlət departamenti qeyd edir ki, razılıq "hər iki ölkədə tələbatın artması fonunda" aviabazara geniş girişi təmin edərək həm ABŞ həm də Azərbaycan üçün sərfəli olacaq.
"Açıq səma" üzrə razılıq aviasiyada ikitərəfli münasibətləri liberallaşdıracaq, ticarət və ABŞ və Azərbaycan arasında gediş-gəlişi inkişaf etdirəcək. "Açıq səma" haqda razılıq aviasiyadan əlavə turizm və istehsalatda da iqtisadi artım imkanları yaradacaq" - Dövlət Depratamentinin bəyanatında belə deyilir.
"Açıq səma" rejimi xarici aviaşirkətlərə aviaəlaqə haqda ikitərəfli razılıqdan asılı olmayaraq uçmağa və 3 ölkələr arasında tranzit uçuşlar həyata keçirməyə imkan verir.
Femida.az
Oxunub: 1299
Oxşar xəbərlər
- Azərbaycanla Aİ arasında danışıqlar uzana bilər
- Azərbaycanla Pakistan yeni müqavilələr imzalayacaq
- Azərbaycanla Rusiya arasında sənəd imzalandı
- Azərbaycanla bu ölkə arasında aviareys açılacaq
- Azərbaycanla bağlı beynəlxalq konfrans keçirilib - Cenevrədə
- Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib
- Azərbaycanla Meksika arasında saziş imzalanıb
- Azərbaycanla İran protokol imzaladı
- Azərbaycanla bağlı videoçarxa SƏS VERİN
- Azərbaycanla İran hərbi əməkdaşlığı genişləndirir - Nazirlər görüşdü